"Apple" böyükdür, yoxsa...

27.08.2015 04:05     Maraqlı     2235

Bu gün texnologiya nəhəngi "Apple"ın bazar bazar qiyməti 700 milyard dollar olaraq dəyərləndirilir. Bəs bizə böyük kimi görünən, əslində isə "Apple"dan daha kiçik olan hansı qurumlar var?
 
"Samsung"un dəyəri sadəcə 161 milyard dollardır və "Apple"nin yanında bu, çox kiçik rəqəmdir.
 
Rusiya bazarında fəaliyyət göstərən bütün şirkətlərin ümumi dəyəri 531 milyard dollardır.
 
ABŞın müdafiə nazirliyi olan "Pentaqon"un büdcəsi 614 milyard dollardır.
 
Dünyanın ən varlı ölkələrindən olan İsveçrənin illik xərcləri 646 milyard dollardır.
 
"Microsoft" və "Google"un birlikdə qiyməti "Apple"dan sadəcə 5 milyard dollar çoxdur.
 
"Apple" dünyanın ən böyük neft şirkətlərindən biri olan "Exxonmobile"dan iki dəfə böyükdür.
 
"Coca Cola"nın dəyəri 178 milyard, "Walt Disney"in dəyəri isə 184 milyard dollardır.

Şərhlər