Avropa Birliyi ölkələri namizədlərə qarşı

27.08.2015 08:51     Maraqlı     2406

Avstriya paytaxtı Vyanada Avropa Birliyinə üzv ölkələrlə üzvlüyə namizəd ölkələrin nümayəndələri arasında futbol matçı təşkil olunub.

"2015 Qərb Balkanlar Zirvəsi"ndə iştirak üçün Vyanada toplaşan siyasilər axşam saatlarında futbol oynayıblar. Vyana stadionunda baş tutan qarşılaşmada "Avropa Birliyinə üzv olanlar"ın komandası 4-2 hesablı qələbə çalıb.

Namizədlərin komandasında Albaniya baş naziri Edi Rama, Kosovo xarici işlər naziri Həşim Taçi, Makedoniya xarici işlər naziri Nikola Poposki, Bosniya və Hersoqovina xarici işlər naziri İqor Srnadak və Albaniya xarici işlər naziri Ditmir Buşati oynayıb.

Üzv ölkələrin komandasında isə Sloveniya baş naziri Miro Serar, Avstriya xarici işlər naziri Sebastian Kurz, Avstriya xarici işlər nazirinin köməkçisi Maykl Linhart və digər avropalı siyasətçilər yer alıb.

Şərhlər

Çox oxunanlar