31 Dekabr – Dünya Azərbaycanlılar Həmrəylik Günü İzmirdə coşqu ilə qeyd olundu - FOTOLAR

29.12.2025 20:37     Maraqlı     231

 İzmirdə Azərbaycan həmrəyliyi və mədəniyyəti bir araya gəldi
"Reaksiya.az" xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən 31 Dekabr Dünya Azərbaycanlılar Həmrəylik Günü münasibətilə Bornova Altındağda, Kahve Madeni Cafedə coşqulu bir tədbir keçirilib.
Tədbir, İzmir və Manisada təhsil alan tələbələrin iştirakı ilə baş tutub və milli birlik, həmrəylik və qardaşlıq ruhu ilə dolu unudulmaz anlara səhnə olub. Yeməkli və musiqili proqram, iştirakçılara həm vizual, həm də mənəvi bir ziyafət yaşatdıb.
Tədbirin açılışı və təşəkkürlər:
Tədbirin açılış nitqini Dərnək sədri, TADEF basqan yardımcısı Eşref Tuna etdi. Çıxışında ilk növbədə:
Federasiyanın sədri və Başqan Vəkilini,
gecəyə təqdimatı və səhnə performansı ilə xüsusi rəng qatan, Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi dəyərli teatr sənətçisi və həyat yoldaşını,
maddi və mənəvi dəstək verdiyi üçün iş adamlarını,
qonaqpərvərliyi və ev sahibliyi üçün cafe sahibini təşəkkür etdi və tədbirin rəsmi açılışını elan etdib.
Milli ruh və sənət dolu 7 saat
Tədbirin əsas yükünü üzərinə götürən Roza İbadova Koçamaz, təxminən 7 saat boyunca hazırladığıc bir-birindən maraqlı, əyləncəli və milli ruhlu bölmələrlə iştirakçılara unudulmaz təcrübə yaşatdı.
Tələbələrin töhfəsi və milli rəqslər
Tədbirdə iştirak edən İzmir və Manisada təhsil alan Azərbaycanlı və Türk dünyasından olan tələbələr çıxışları və mənəvi dəstəkləri ilə gecəyə xüsusi rəng qatdılar:
Mədinə Qocayeva, Aytac Xəlilova, Jalə Əhmədova, Xədicə Rəhimova, Nəzrin Musayeva, Revan Qurbanov, Sima İsmayılova, Şəhriyar Huseynov, Kenan Hüseynov, Əli Poladzadə, Eli Eliyev və Ülvü Memmedquliyev
Bu gənclər həm ifaları, həm də Azərbaycan milli rəqsləri ilə ortalığı canlandıraraq tədbirin ruhunu yüksəltdilər. 9 Eylül Universitetinin tələbəsi Kenan Hüseynov ifa etdiyi Azərbaycan mahnıları ilə milli ruhu zirvəyə daşıdı. Şəhriyar Huseynov isə 31 Dekabr Dünya Azərbaycanlılar Həmrəylik Gününün tarixi mahiyyəti barədə məlumat verərək bu günün milli yaddaşımızdakı yerinə işıq saldı.
Təşəkkürlər və milli dəstək
Roza İbadova Koçamaz, təşkilat prosesində maddi və mənəvi dəstək göstərən Dərnəyin Qadın Qolları sədri və digər üzvlərinə təşəkkür etdi. Manisa Dərnək sədrini salamlayaraq, tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Tədbir çərçivəsində gənclər arasında milli dəyərləri əks etdirən suallarla bilgi yarışmaları keçirildi, doğru cavab verən iştirakçılara kiçik hədiyyələr təqdim olundu. İl ərzində dərnəyin fəaliyyətlərinə töhfə verən şəxslərə və qurumlara təşəkkürnamələr verildi.
Azərbaycan mətbəxi ilə xüsusi xatirə
Tədbirin sonunda Azərbaycan mətbəxinə xas olan təamları evlərində hazırlayaraq iştirakçılara təqdim edən və bir neçə saatlıq da olsa tələbələrə Ana mətbəxini xatırladan:
Naz Xanım, Xədicə Xanım, Zenfira Xanım, Emine Xanım, Mehriban Xanım, Naime Xanım, Heçer Xanım və digər dəyərli xanımlara da xüsusi təşəkkür edildi. Onların səyləri tədbirin mənəvi dəyərini daha da artırdı və birlik ruhunu gücləndirdi.
Dayanışma və milli həmrəylik
Bu mənalı günün Azərbaycanlılar arasında birlik, bərabərlik və həmrəylik ruhunu daha da möhkəmləndirəcəyinə inanır, tədbirdə iştirak edən bütün qonaqları dərin hörmət və sevgi ilə salamlayırıq.
Bir yazar olaraq, bizə belə gözəl və mənalı bir günü yaşadan, başda Eşref Tuna və Roza İbadova Koçamaz olmaqla, zəhməti keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Dünyanın ən gözəl neməti olan dayanışmanın nə demək olduğunu o 7 saat ərzində bir daha göstərdiniz. 
Eyni zamanda,  tələbələr üçün dəstəyini əsirgəməyən dəyərli iş adamları İsmail Keskin və Yılmaz Bəyə də xüsusi təşəkkür edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərhlər