Sibel Can Mutlu Kaya ilə bağlı son sözünü dedi - “Danışmayacağam” - VİDEO

27.08.2015 14:14     Maraqlı     2440

Diyarbəkirdə qısqanc keçmiş nişanlısının təcavüzünə məruz qalan Mutlu Kayanın ona kömək etmədiyinə görə məşhur müğənni Sibelə Cana “nifrət edirəm" deməsi yenə də gündəmdən düşməyib.  

Reaksiya.az xəbər verir ki, Sibel Can bu mövzu ilə bağlı əlavə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, sənətkar Mutlu Kayanın və onun anasının ittihamlarına bir neçə gün öncə xoş sözlərlə cavab vermişdi.

Sibel Can isə jurnalistlərə bu olayı bir kənara qoyaraq yaradıcılığı haqda danışıb. Yaxın günlərdə söz və musiqisinin Tarkana aid olduğu yeni bir mahnı ilə sevənlərin qarşısına çıxacağını qeyd edən Sibel Can klip çəkilişləri üçün də işlərə başladığını deyib: “Bu klipdə Engincan və Melisa oynamaq istəmir. Bu səbəbdən kimlərin oynayacağı hələ müzakirə ediləcək”.

Şərhlər

Çox oxunanlar