104 yaşlı bu kişi geyiminə görə 20 yaşlı gəncə bənzəyir
27.08.2015 17:29 Maraqlı 3245
Almaniyada yaşayan Günter Krabbenhöftun 104 yaşında olması əsas diqqət çəkən məqam deyil. Əsas diqqət çəkən onun dəblə geyinməsidir.
Reaksiya.az xəbər verir ki, o, 20 yaşlı gənclərə belə dəblə geyinməkdə nümunə ola bilər.
Sakit görünüşü və dəst-xətti ilə hər kəsi heyran edən 104 yaşlı bu kişi gənclik illərindən bəri modanı sevdiyini və dəblə geyinməyi xoşlayır.
Geyindiyi stillə gəncləri kölgədə qoyan Krabbenhöftun fotoları bir çox saytların manşetinə çevrilib.
Şərhlər