Dünyanın ən varlı heyvanları - FOTOLAR

09.06.2015 16:08     Maraqlı     4811

Bu siyahıda ən kasıb heyvanın varidatı 897 min dollar, ən varlısınınkı isə 372 milyon dollardır.

Hər il xüsusi təşkilatlar dünyanın ən varlı insanlarının siyahısını hazırlayır. Lakin bu dəfə dünyanın ən varlı 10 heyvanının siyahısı təqdim edilib. Bu siyahıda ən kasıb heyvanın varidatı 897 min dollar, ən varlısınınkı isə 372 milyon dollardır.

ANS PRESS-in məlumatına görə, Tinker adlı pişik onluqda ən "kasıb" heyvandır. Onun cəmi 897 min dolları var. Qara pişik 8 yaşı olarkən sahibəsinə - yaşlı Marqaret Leynə rast gəlib. Marqaretin övladları olmadığına görə, o öləndən sonra bütün var-dövlətini öz pişiyinə vəsiyyət edib. Yaşlı qadın puldan başqa Tinkerə Londonun şimalında böyük bir ev də qoyub. Öz qonşuları Enn və Yevgeni Uitlini isə pişiyin qəyyumu olaraq təyin edib.

Şərhlər

Çox oxunanlar