Ən az emosional xalqlar - siyahıda Azərbaycan da var
28.08.2015 02:29 Maraqlı 2383
Rusiya və bir sıra keçmiş sovet respublikaları dünyanın ən az emosional ölkələri kimi tanınıb.
ANS PRESS-in məlumatına görə, buna Qellapa ictimai rəyinin ABŞ institutu tərəfindən keçirilmiş tədqiqatlar sübut edib.
Sosioloqlar 148 ölkə sakinlərindən özlərini pozitiv və ya neqativ emosiya hiss edib-etmədiklərini soruşublar.
Rusiyada, Ukraynada, Litvada bu suala 10 sakindən 4 cavablandırıb (40%). Azərbaycanda bu göstəricinin səviyyəsi 38% təşkil edib, Belarus da isə 39%. Daha çox emosiya Qazaxıstan və Moldova sakinlərində qeydə alınıb (41%), Türkmənistan, Qırğızıstan və Estoniya – 42%, həmçinin Tacikistan – 43%, Latviya – 44%, Özbəkistan – 45% və Ermənistan – 46%.
Emosional ölkələr arasında aparılan tədqiqat nəticəsində liderliyi Latın Amerikası ölkələrinin nümayındələri qazanıb. 10 sakindən 6 -sı hislərə aid olan suala müsbət cavab veriblər. Boliviyada, Salvadorda bu göstərici 59% təşkil edib. Ekvador, Filippin, Nikaraqua, Qvatemela və İraq həmin dövlətlərdən geri qalmayıb (58%).
Şərhlər