Elmin cavablandıra bilmədiyi 10 sirr - Maraqlı

28.08.2015 18:20     Maraqlı     3695

 

Deja vu – Fransız bir kəlimə olan deja-vu Azərbaycan dilinə çevirəndə  daha öncə görülmüş  mənasını verir. Açıqlamaq istədiyi məna isə budur: Xüsusi bir xatirə olaraq düşünülür, və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hərkəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss, təəccüblü, anlaşılmaz sehirli və tük ürpədicidir. Alimlər deja-vu ilə əlaqədar bəzi açıqlamalar verməyə çalışsalar da bu sehirli hissin səbəbi hələ də sirr olaraq qalır..

Bədən   Zehin əlaqəsi – Bir əfsanəyə çevrilən  Plasebo  zehinlə bədən arasındakı əsrarəngiz əlaqənin ən sadə sübutudur. Bu əlaqə özünü belə göstərir. Belə ki saxta yəni əslində dərman olmayan bir məhlul atdığından xəbərsiz olanlar, dərdlərinə dərman olacaq bir preparatı atdığını fikirləşərək özlərini daha yaxşı hiss edirlər. Üstəlik əlaqə bununla bitmir,tibbi araştırmalarda da düzəliş göstərilir Plasebo-ya baxanda insan istər istəməz zehin nəyə inanarsa bədənində onu yaşadıığına hökm gətirir. Bəzi alimlər zehinin köməyi ilə bədənin özü özünü sağaldabilmə qabiliyyəti müasir tibbin yaradabiləcəyi bir möcüzədən qat-qat üstün olduğuna inanırlar.

Ruhlar  – Ruhların varlığı haqqında ciddi bir sübut yoxdur hələki onları gördüyünü, onlarla söhbət etdiyini, onların şəkillərini çəkdiyini söyləyən çoxlu insanlar var. Ancaq elm hələki bu varlığı sübuta yetirməyib.

TAOS UĞULTUSU – ABŞ-ın New-Mexico əyalətində yerləşən kiçik Taos şəhərini ziyarət edən bəzi turistlər və vətəndaşlar, illərdir çöl sahələrdə sehirli, gücsüz, sakit bir səsə sahib olan bir uğultu və titrəşim eşitdiklərini deyirlər. Bu sözləri deyənlər Taos vətəndaşlarının sadəcə 2%-ini təşkil edir.Bəziləri bu səsin çöldə havanın yaradacağı bir səs, bəziləri isə bunun uğursuz bir sirr olduğuna inanırlar. Eşidilən bu səsə istər vızıltı, istər uğultu, istər titrəyiş istər psixolojik, istərsədə sirr olduğuna inanın. Haqqında bilinən bir gerçək var: O da indiyə kimi heç kimin bu səsin kökünün harda olduğunu bilməməsidir.

Psixi güc (Vergi verilməsi) – Həm şərq də, həm də qərbdə bir sıra insanlar psixi güclərə inanırlar. Bu günə kimi psixi gücləri olduğunu deyən insanlar alimlər tərəfindən test ediliblər. Hər dəfə də ya heçnə edə bilməyiblər, ya da ediblərsə nəsə şübhəli qalıb. Altıncı hissin gücünə inanan adamlar hələ tam dəqiqliyi ilə bu hissin sübutunu elmə aça bilməyiblər.

Uzaqgörən – Psixoloqlar bu hissi açıqlayanda insanlar zehinsəl, fərqində olmadan ətrafımızdakı dünya haqqında məlumat topladıqlarını deyirlər. Bu şəkildə biz əslində sadəcə görünüşdə bilmədiyimiz bəzi şeyləri bilir ya da hiss edirik. Ancaq sözügedən məlumatlar zehnimizin dərinliklərində yaşadığı üçün bunun necə olduğunu heç cür anlaya bilmirik.

Ölümdən sonrakı həyat – Həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb sonda isə ağ bir işığa qovuşduqlarına dair hekayələr danışırlar. Bu fikirlər son dərəcə təsiredici olsa da, təəssüf ki, hələ heç kim o birisi tərəfdən əlində bir sübut ilə, ya da doğrulanacaq bir məlumatla geri dönməyi bacarmıyıb. O biri dünyaya şübhə ilə baxanlar sözügüdən mövzunun travma keçirmiş bir beynin bir sıra xəyallar gördüyünü qeyd edirlər. Bunun üçün də bu da hələlik sirr olaraq qalır.

Uçan boşqablar – Bəli uçan boşqablar var. Çünki dünyanın hər yerində göyüzündə nə olduğu bilinməyən bir sıra obyektlər göründüyünü söyləyən insanlar var. Amma bu obyektlər əslində bir təyyarədir, metrodur, yoxsa həqiqətəndə Mars-lıların icad etdiyi son model bir kosmos gəmisidir. Heç cür sirri açılmır.

Əsla tapılmayan itgin düşmüşlər – İnsanlar bəzən itirlər. Bəziləri yaşadıqları həyatdan qaçır, bəziləri bilinməyən qəzalarda itib gedir, bəziləri cinayət qurbanı olur. İtgin düşənlər ölü ya da diri tapılır. Ancaq insanlar da var ki, sanki yer yarılır içinə girirlər, buxarlaşırlar. 1872-ci ildə Portugaliya yaxınlarında tapılan ruh gəmisi Marie Celeste-nin komandası, Amerika işçi lideri Jimm Hoffa bu şəkildə itgin düşənlərdən sadəcə biridir.

Böyük ayaq –  Amerikada illər boyunca insana bənzəyən çoxlu tükü olan, çox iri Böyük Ayaq adlı bir varlıq gördüyünü söyləyən saysız hesabsız insanlar var. Bütün Qitə ətrafında qeydə alınan söz-söhbətlər doğrudursa əslində minlərlə Böyük Ayağın olduğunu demək olar. Ancaq bu günə qədər bu qorxulu varlığa aid bir dənə də olsun meyit tapılmayıb. Ortada şəkillər, video yazıları və şahidlərin açıqlamalarından başqa bir şey yoxdu. Görünən odur ki Böyük Ayaq da Şotlandiyada varlığı heç cürə sübuta yetirilməyən məşhur Loch Ness heyvanı kimi sehiri kimi dünyadakı yerini qoruyacaq.

Şərhlər

Çox oxunanlar