“Facebook” tarixində bir ilk

29.08.2015 02:07     Maraqlı     2365

İlk dəfədir ki, Facebook-dan bir gün ərzində bir milyarddan çox insan istifadə edib.

Reaksiya.az xəbər verir ki, bu haqda şirkətin təsisçisi Mark Zuckerberg deyib.

Bazar ertəsi "dünyada yeddi nəfərdən biri dostları və ailəsi ilə əlaqə yaratmaq üçün Facebook-dan istifadə edib," Zuckerberg yazıb.

Facebook-un indi təxminən 1.5 milyard istifadəçisi var və onlar ayda ən azı bir dəfə sayta daxil olurlar.

Şirkət milyardıncı istifadəçiyə 2012-ci ilin oktyabr ayında çatıb.

Facebook-un əsasını cənab Zuckerberg 2004-cü ildə, Harvard Universitetində təhsil alarkən qoyub.

O, Facebook istifadəçilərinin daha da artacağını güman edir.

"Biz ilk dəfədir ki, bu nöqtəyə çatırıq və bu bütün dünyaya bağlanmağın başlanğıcıdır," Zuckerberg yazıb.

İyul ayında Facebook dünyada İnternet istifadəçilərinin yarıdan çoxunun ayda ən azı bir dəfə Facebook-dan istifadə etdiyini bildirmişdi.

Şərhlər