Dünyanın ən gözəl metrosu
29.08.2015 12:43 Maraqlı 3084
Bir şəhərə gözəllik qatan təkcə onun küçələrindəki görkəmli tikililər deyil, həm də onun yeraltı dünyasıdır. Hər bir stansiyası saraya oxşayan Moskva metrosu da Rusiya paytaxtına xüsusi bir ruh və gözəllik qata bilir.
Reaksiya.az xəbər verir ki, Moskva metrosu dünyanın ən böyük, ən qədim və hətta ən gözəl metrosu hesab olunur.
1931-ci ildə Stalinin əmrilə inşasına başlanan metro 1935-ci ildə istifadəyə verilib.
Açıldığı zaman 13 stansiyayla fəaliyyət göstərən metro stansiyalarının sayı illər ərzində 195-ə çatıb.
Bu metro gün ərzində təxminən 10 milyon sərnişinlə dünyanın ən çox sərnişin daşıyan metrosudur.
Şərhlər