Putinin naziri olmaq çətin işdir... - VİDEO
30.08.2015 09:49 Maraqlı 2375
Cüdo ilə məşğul olan, ata minən, balıq tutan, buz xokkeyi oynayan, ümumiyyətlə maraqlanmadığı idman sahəsi qalmayan Rusiya prezidenti Vladimir Putinlə birlikdə işləmək çətindir.
Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hələ iki həftə əvvəl Krım səfəri zamanı Qara dənizə dalaraq dənizin dibində araşdırmalar aparan Putinin vəzifə verdiyi hökumət üzvləri içərisində də idmanla maraqlanmayan yoxdur. Buz xokkeyi, basketbol, minicilik və digər idman sahələri nazirlərin əsas əlaqəli olduğu sahələrdəndir.
Rusiyanın xarici siyasətində 2004-cü ildən bu yana sükanı əldən verməyən xarici işlər naziri Sergey Lavrov gündəlik paltarlarını çıxararaq xilasetmə jiletini geyinib. Avarları əlinə alaraq qayığın başına keçən Lavrov, "təhlükəli sularda" yönləndirmə qabiliyyətinin təkcə diplomatiya ilə məhdudlaşmadığını göstərib.
Raftinq heyranı kimi tanınan Lavrov 2007-2009-cu illər arasında Rusiya Raftinq Federasiyasına rəhbərlik edib.
Nijni Novqorod şəhərində Peretna çayında yeni inşa edilən “Okulovka” raftinq mərkəzinə gedən nazir həyəcanlı dəqiqələr yaşayıb. O və 8 nəfərlik briqadası 600 metr uzunluğundakı krossu 7 dəqiqədə başa çatdırıb.
Qeyd edək ki, rusiyalı nazir Finlandiya səfəri zamanı raftinqi diplomatiyaya bənzətmiş, ikisində də qrup üzvlərinin bir-biri ilə uyğun olmasının vacibliyinə diqqət çəkmişdi. Lavrovun fikrincə, bir nəfər tərəfdaşlarını gözardı edərək eqoist davransa, qayıq tərsinə dönər.
Şərhlər