Seriallardakı 10 təhlükə - HƏYƏCAN ZƏNGİ

30.08.2015 10:32     Maraqlı     2905

Son zamanlar telekanallarda nümayiş olunan serialların uşaqlarımız və gənclərimiz üzərində təsiri haqqında danışmaq istədik. Uşaqlara və gənclərə mənfi təsir edən teleseriallardan “öyrəndiyimiz” 10 maraqlı məqamı sizlərə təqdim edirik:

1- Neçə yaşında olursan ol, əgər bir sevgilin yoxdursa, boşa yaşamısan.

2- Əhəmiyyətli olan bircə şey var: o da eşqdir. Eşq üçün evlilik, namus, hətta ata-ananı da fəda etmək olar.

3- Başqalarını alçaltmaq səni məşhurlaşdırar.

4- Yalan danışmaq və oğurluq etmək yaxşı bir məqsəd üçün edilibsə burda heç bir günah yoxdur, hətta savab iş görmüsünüz

5- Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu zəngin və ya məşhur olmaqdır.

6- Ata və ananız bir-birinə ilk günkü kimi aşiq deyillərsə, boşanıb başqaları ilə evlənməlidirlər və siz də onları dəstəkləməlisiniz.

7- Nikah olmadan bir yerdə yaşamaqda heç bir problem yoxdur. Böyüyəndə sən də istədiyin qız və ya oğlanla istədiyin formada bir yerdə ola bilərsən.

8- Birinin qiymətli və bəyənilən olması üçün gözəl və ya yaraşıqlı və zəngin olması lazımdır. Yoxsa qiymətli deyil.

9- Gözəl olmaq demək arıq olmaq və mini ətək geymək deməkdir. Yaraşıqlı olmağı yolu isə əzələli olmaq və bu əzələləri hər fürsətdə göstərməkdən  keçir.

10- Gözəl əxlaqlı olmağın heç bir əhəmiyyəti yoxdur. Çünki insanlar səndən istifadə edəcək və səni axmaq yerinə qoyacaqlar. Ehtiraslı və ağıllı olmaq lazımdır, zəkanı başqalarının quyusunu qazmaq üçün istifadə etməlisən.

Şərhlər