37 ildə 2000 timsah öldürdü

30.08.2015 14:05     Maraqlı     3171

Avstraliyada timsah ovçusu olaraq 37 illik karyerasında 2000-dən çox timsah öldürən Mick Pitman mediaya danışıb. O bildirib ki, hələ də timsahlardan çox qorxur.

Reaksiya.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Darvində yaşayan Timsah Mick ləqəbli ovçu hələ bu yaxınlarda 4,9 metr uzunluğunda nəhəng timsah ovlayıb.

4 həftəlik axtarışdan sonra timsahı boynunun arxasına iki güllə vuraraq ovlayan Mick timsahları bölgədəki mal-qara sürülərini qətlə yetirdiyi üçün öldürür.

Öldürdüyü hər 10 timsahdan ən az biri ilə dəhşətli mübarizə apardığını qeyd edən Mick əjdahalarla boğuşsa da, kimsədən yardım qəbul etmir.

Hər ovdan sonra yeni bir ov üçün hazırlıqlara başladığını bildirən Mick, "İnsanlar mənə nə vaxt təqaüdə çıxacağımı soruşurlar. Gücüm olduğu qədər bu işə davam edəcəyəm. Həyəcansız yaşaya bilmərəm" deyə bildirib.

Şərhlər