Rənglər insan psixologiyasına necə təsir edir?

30.08.2015 14:26     Maraqlı     10287

Rənglər insan psixologiyasına təsir edən əsas vasitələrdən biri hesab olunur. Bu təsirlər müsbət və mənfi ola bilər. Müsbət təsiri insanı dincəldir, rahatladır, mənfi təsir isə ətrafdakı mənfi enerjini özünə cəlb edir və bu orqanizmin xəstələnməsi ilə də nəticələnə bilir. Məhz bu səbəblərə görə rəngləri araşdırmaq, onların əsas xüsusiyyətlərini, insan psixologiyasına necə təsir göstərdiyini öyrənmək lazımdır.

Alimlər təsdiq edirlər ki, göz rəngi qəbul edir və yavaş-yavaş beyində proses baş verir. Məsələn isti rənglər sayılan – qırmızı, narıncı və sarı ən böyük dalğa uzunluğuna sahibdilər, bu rəngləri qəbul etmək üçün yüksək sayda enerji tələb olunur. Bu rənglər aktiv - hücum xarakterlidir, onlar beyinə stimul verici təsir bağışlayır, nəbzin və tənəffüsün təmizliyini artırırlar. Soyuq rənglər sayılan yaşıl və göy isə əksinə.

Reaksiya.az ayrı-ayrı rənglərin yaratığı təsirləri sizə təqdim edir:

Qırmızı rəng iş qabiliyyətini artırır. Tənbəlliyin düşmənidir. Bunlarla yanaşı əsəbiliyə də yol aça bilir. Hərəkətin daha çox olduğu yerlərdə (uşaq otaqlarında, ictimai yerlərdə) istifadə  edilməsi məsləhətdir.

Narıncı rəng həyəcan yaradır. İnsanın yaradıcılıq gücünü artıran, arxayınlıq, cəsarət və ünsiyyət doğurur. Mətbəxdə, uşaq və yemək otağı ilə dəhlizdə istifadəsi məsləhət görülür.  



Sarı rəng ilham qaynağı hesab olunur, insana nikbin əhval-ruhiyyə bəxş edir. Mətbəx üçün daha münasibdir. Lakin iş otaqlarında istifadə etmək olmaz, çünki zehni yorğunluğa səbəb ola bilər. İstirahət guşələrində də istifadəsi məsləhət deyil. 



Yaşıl rəng sakitləşdirici rəng hesab olunmaqla yanaşı, əməkdaşlığa, comərdliyə çağırışdır. Bu rəng özünü ifadə etməyə köməkçi olur. Otaqları daha geniş göstərir. Yataq və iş otaqlarında da istifadə edilə bilər. Açıq rəngləri divar üçün uyğundur.



Mavi rəng barışı, sevgini ifadə edir. Xəyalpərəstlik və həddindən artıq romantiklik yarada bilər. Sakitləşmək, stressi aradan qaldırmaq üçün yararlıdır. Hərəkətin və işin çox olduğu yerlərdə istifadə edilməməsi məsləhət görülür. Tünd tonları tənbəllik yaradır.



 Bənövşəyi rəng özünə etibarı təmsil etməklə yanaşı xoş əhvala səbəb olur. Bu rəngin eyni zamanda unutqanlıq və səbirsizlik yaratması da məlumdur. Lavanta, yasəmən və orkide tonlarından yataq və iş otaqlarında istifadə etməklə, özünüzə arxayınlıq hissini artırmaq olar.



Ağ rəng enerji sistemini tarazlaşdırır, yaradıcılıq qabiliyyətini ortaya çıxarır və inkişaf etdirir.



Qara, boz və qəhvə rəngi ağır bir enerjiyə malikdir. Qara rəngin tək rəng kimi istifadə edilməsi məsləhət deyil.



Qəhvəyi rəng ictimai tarazlığı və cəmiyyət içində rahatlığı təmin edən təsirə malikdir. 

Şərhlər

Çox oxunanlar