Bunu etmək insan ömrünü uzadır
30.08.2015 14:37 Maraqlı 3224
Yeni tibbi tədqiqatlara görə, gündə yalnız 15 dəqiqə yerimək belə ömrü uzatmağa yetir.
Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) xəbər verir. Təşkilat yeniyetmələrə həftədə ən az 150 dəqiqə yeriməyi tövsiyə edir. Amma elm adamları daha az yürüşün də 60 yaşdan daha uzun yaşamaq ehtimalını artırmaq üçün yetərli olduğunu müəyyən edib.
Tədqiqatçılar 60 yaşın ətrafındakı insanlar üçün həftədə sadəcə 75 dəqiqə yeriməyi məsləhət görsə də, yaşlıların çoxu bu tövsiyəyə əməl etmir. Mütəxəssislər həftədə yalnız beş gün 15 dəqiqə yürüşün sağlamlıq üçün mühüm fayda verəcəyini qeyd ediblər.
Fransada Jan Mone Universitetindəki mütəxəssislər də təsdiqləyiblər ki, müəyyənləşdirilən qədər yürüş edənlərin 60 yaşdan çox yaşamaq ehtimalını 28% artırır.
Bundan bir az daha az gəzənlərdə isə bu nisbət 22% olaraq müəyyənləşib. Elm adamları insanların yürüşün ilk 15 dəqiqəsində maksimum fayda götürdüyünü, sonra bu faydanın azaldığını aşkar ediblər. Yenə də çox idman edənlərin daha sağlam olduğu, həftədə 300 saat yürüş edənlər 60 yaşından yuxarı yaşamaq ehtimalının 35% artdığı vurğulayıb.
Şərhlər