1 il Marsda yaşayacaqlar

30.08.2015 15:16     Maraqlı     3347

NASA-nın Hawaii-də yerləşən Mars simulyasiyasında yeni təcrübə layihəsi həyata keçiriləcək.

Reaksiya.az xəbər verir ki, bir il davam edəcək təcrübə üçün 6 müxtəlif peşə sahibi bir araya gəlib.

Fransız astrobioloqun, alman fizikin, amerikalı pilot, memar, jurnalist və politoloqun iştirak etdiyi təcrübə layihəsi indiyə qədərki ən uzun müddətli təcrübə olacaq.

Təcrübəyə qatılan könüllülərin kiçik bir daxmada yatacağı və otaqlarında bir masa olacağı planlaşdırılıb. Onların yeməyini toz halına gətirilmiş pendir və konserv edilmiş balıq təşkil edəcək.

Bu müddət ərzində yaranacaq texniki problemlərlə yanaşı, elm insanları kiçik bir məkanda uzun müddət dünyadan təcrid şəkildə yaşayan insanlar arasında psixoloji və sosial problemlərin də müşahidə edəcəklərini qeyd ediblər.

NASA mütəxəssislərindən Kim Bisted bildirib ki, heç vaxt qarşısı alınmayacaq şey insanlar arasındakı münaqişədir: “Ən yaxşı insanları seçsəniz də uzun müddətli təcrübədirsə, bu tip problemlər olacaq”.

Şərhlər