Ronaldo niyə belə etmişdi?

31.08.2015 02:58     Maraqlı     2709

Əfsanəvi braziliyalı futbolçu Ronaldo Luis Nazario 2002-ci il dünya çempionatındakı məşhur saç düzümü ilə bağlı maraqlı fikirlər səsləndirib. Bir neçə gün öncə özü bu haqda açıqlama verib: 
"Saçımın belə qeyri-adi formaya salmaqda məqsədim var idi. Mundialdan öncə zədələnmişdim, ayağımda ağrılar hiss edirdim. İnsanlar ancaq zədəm haqda danışırdılar. Qərara aldım ki, onların fikrini yayındırmaq üçün saçıma belə forma verim. Bununla azarkeşlərin diqqətini zədəli ayağımdan yayındıra bildim. Onlar ancaq mənim saç düzümüm haqda danışmağa başladılar və hər yerdə məni təbliğ edirdilər. Bu, mənə əlavə güc verdi. Həmin vaxtdan sonra əla formaya düşdüm və mundialı qazanmağa komandama kömək edə bildim".

Şərhlər

Çox oxunanlar