Bu orduda meymunlardan istifadə olunacaq

31.08.2015 08:45     Maraqlı     2359

Çinin Hərbi Hava Qüvvələri meymunlardan istifadə edəcək. Ordu rəhbərliyi belə bir ideyanı effektiv hesab edir.
 
ANS PRESS-in məlumatına görə, Çinin Hərbi Hava Qüvvələrinə bağlı hərbi hissələrdə quşlarla ciddi problem yaranıb.
 
Quşlar Çin hərbi hava bazalarını əhatə edən ağaclarda yuvalarını qururlar. Nəticədə onların üzərində səmada həmişə çoxlu quş olur və həmin quşlar təyyarələrin turbinlərinə düşürlər və ciddi qəzalara gətirib çıxarırlar. Quşlarla mübarizə üçün, makakalar cəlb edilib. Cəld heyvanlar ağaclara çıxırlar və yuvaları viran edirlər. Bununla yanaşı meymunlar hərbi hava bazalarının ərazisində olan quşları qovurlar. Bundan başqa, hərbçilər bildiriblər ki, heyvanların qoxusu ağaclarda qalır və bəzi quşları qorxudur.
Polkovnik Xan Bin qeyd edib ki, “meymunların tətbiqi“ öz effektivliyini sübut etmiş innovasiya ideyasıdır. Onun sözlərinə görə heyvanlar bu işin öhdəsindən insanlardan daha yaxşı gəlirlər.
 
Məlumata görə, bu günə qədər meymunlar Pekin yaxınlığında yerləşdirilmiş təyyarə bazasında təxminən 180 yuva dağıdıblar. Meymunlar öz işini uğurla başa vurduguna görə, təlimatçılar tərəfindən almalar və digər şirinliklər alır.
 

Şərhlər