Azərbaycanda hansı avtomobillər populyardır? - SORĞU

31.08.2015 13:11     Maraqlı     2543

2015-ci ilin birinci yarısında Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 20 min ədəd artıb.

Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 1 milyon 308 min 540 ədəddən 1 milyon 328 min 540 ədədə yüksəlib.

Bu gün orta həyat səviyyəsinə malik olan hər kəsin ailəsində ən azı bir maşın var. Şəxsi maşınlar ictimai nəqliyyata görə sürətliliyi və rahatlığı üçün daima sevilir.  

Bəs, görəsən Azərbaycanda hansı avtomobil modellərinə daha çox üstünlük verirlər? 

Reaksiya.az bu suala cavab tapmaq üçün Facebookda sorğu keçirib.

Almaz Mustafayeva: "İmkanım olsa, BMW, yaxud Volkswagen alardım".

İsmayıl Abbasov: "Qənaətcil olduğu üçün dizel motorlu "Mercedes 190"a üstünlük verərəm".

Ayşən Məmmədli: "Xərcləri çox olsa da, Audi markalı avtomobilləri sevirəm".

Bahar Fərmanlı: "Mənim üçün avtomobilin modelinin fərqi yoxdur, əsas odur ki, rahat olsun".

Cavid Seyidov: "Bakı yollarında Yaponiya istehsalı olan maşınlar özünü doğruldur, xüsusilə Toyota".

Çox rahat və diqqət cəlbedən olduğu üçün Nigar Səmədli də Audi tərəfdarıdır.

Həmid Fərhadoğlu da Audi və BMW həvəskarıdır.

Sevda Cabbarlı və Minayə Cəfərzadə də BMW markalı avtomobillərə üstünlük verdiklərini qeyd ediblər.

Şərhlər

Çox oxunanlar