Namaz yuxudan daha xeyirlidir, yoxsa "facebook"dan?
01.09.2015 05:02 Maraqlı 2300
Misirin Dini İşlər üzrə Nazirliyi azan oxuyarkən “Namaz yuxudan daha xeyirlidir” əvəzinə, “Namaz “Facebook”da vaxt itirməkdən daha yaxşıdır” deyən müəzzin Mahmud əl-Moqazini vəzifəsindən azad edib.
Reaksiya.az-ın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, həmin müəzzin barəsində araşdırma aparılır. Araşdırmaya onun müəzzinlik etdiyi Kafr əl-Davar qəsəbəsinin camaatının şikayəti əsasında başlanılıb.
O, araşdırma başa çatanadək vəzifəsindən kənarlaşdırılıb. Verilən cəzadan narazılığını bildirən qəsəbənin müəzzini aclıq aksiyasına başlamaq niyyətindədir. O, əlavə edib ki, heç vaxt “Facebook”dan istifadə etməyib.
Əl-Moqazi bağışlanması üçün ölkə prezidentinə də müraciət edib.
Şərhlər