"Titanik"in menyusu hərraca çıxarıldı
01.09.2015 14:42 Maraqlı 2855
"Titanik" gəmisinin bu günlərə qədər gəlib çatmış sonuncu menyusu online-hərracda satılacaq. Sentyabrın 30-da keçiriləcək hərracda nadir sənədin 70 min dollara alıcı tapacağı güman edilir.
Reaksiya.az Azərtac-a istinadən xəbər verir ki, menyu ilə birgə sərnişinlərin biri tərəfindən yazılmış məktub, həmçinin laynerdə təklif olunan türk hamamına bilet də hərraca çıxarılacaq.
Xatırladaq ki, dəbdəbəli səyahət gəmisi 1912-ci il aprelin 15-də Sautqemptondan Nyu-Yorka ilk səyahəti zamanı Atlantik okeanında aysberqlə toqquşaraq batmışdı.
Şərhlər