Mərkəzi Bank sədrinin 43.000 dollarlıq saatı
01.09.2015 15:59 Maraqlı 2482
Bir müddət əvvəl Putinin sözçüsü Dmitri Peskovun bahalı saatı söz-söhbətlərə səbəb olub, indi isə Qazax mətbuatı Qazaxıstan Mərkəzi Bank sədrinin saatından danışır.
Reaksiya.az xəbər verir ki, sosial media istifadəçiləri Kelimbetovun fotoşəkillərinə proqnozlar verərək saatın təxminən 43 min dollar olduğunu iddia edirlər.
Fotolara görə, Kelimbetovun saatı “Patek Philippe” markasına məxsusdur və internetdəki qiyməti tam 42.995 min dollardır. “Patek Philippe”nin isə dünyanın ən bahalı markalarından biri olduğu məlumdur.
Qeyd edək ki, Putinin sözçüsü Peskov bir müddət öncə ikinci dəfə evlənib. Onun toyuna taxdığı 624 min dollar dəyərindəki saatı uzun müddət Rusiyanın gündəmində olub.
Şərhlər