Jurnalistlər 1 sentyabr dərs gününü necə xatırlayır?

01.09.2015 17:34     Maraqlı     6017

Bu gün 1 sentyabr tarixi çoxumuzun yaddaşında “Bilik Günü” kimi qalıb.

İllər keçməsinə baxmayaraq çoxlarımız hələ də bu günün həyəcanını, sevincini məktəb illərində olduğu kimi yaşayırıq.

Facebookun aktiv istifadəçiləri bu günü belə xatırladılar.

İlqar Əlfioğlu:

"Bizim zamanlar...
190 nömrəli məktəbin şagirdləri 1 sentyabr ərəfəsində... Amma lap qabaqdakı qız Bülbül adına məktəbdəndir - necə düşüb aramıza, bilmirəm.
Yay tətilinə "Əlvida!"

Etibar Hüseynov:

"Baxarkən kövrəldiyim fotolar" silsiləsindən..

Səbuhi Rəhimli:

“Eşq olsun sovet uşaqlarına! Bu da mənim ilk dərs günüm. (1977)”

Ramila Qurbanlı:

Asaf Quliyev, qalstuku belə bağlayarlar. Bax, noolsun, mənim də şərəf lövhəsi şəklimdi bu, gör heç mən elan eliyirəm?)))) 1 sentyabr bizə əzizdir, necə sevinərdik!”

Şəmsiyyə Kərimova:

"Həmişə sentyabr ayı gələndə uşaqlığımı xatırlayıram... (Elə indi də özümü uşaq sayıram, qəlbi təmiz adamlar daim uşaq qalırlar...) İlk gün məktəbə getdiyimi, məktəbdə ilk dəfə çalınan zəngin səsini eşidəndə necə diksindiyimi, müəlliməmə heyran-heyran baxdığımı, "görəsən müəllim də çörək yeyirmi" deyə düşünməyimi.... Daha nələr, nələr gəlir gözümün önünə... Keşkə o günlər olaydı, mənim də indiki ağlım...

Şərhlər

Çox oxunanlar