Atdığınız hər addım ömrünüzü uzadır

02.09.2015 04:12     Maraqlı     2101

Reaksiya.az-ın məlumatına görə Almaniyada Saarland Universitetinin alimlərinin apardıqları yeni araşdırmalar nəticəsində məlum olub ki, 25 dəqiqə sürətli yerimək insan ömrünü təxminən 7 il artırır. Araşdırma zamanı siqaret çəkməyən, lakin davamlı idman etməyən 30-60 yaşlı şəxslər üzərində araşdırma aparan mütəxəssislər onlara 6 ay davamlı şəkildə idman etdiriblər. Təcrübənin sonunda onlarda qanın keyfiyyətinin xeyli yaxşılaşdığı müəyyən edilib. İdmanın köməyi ilə adamların ömrünün 3-7 il artacağı güman edilir. Araşdırmanın nəticələri Avropa Kardioloqlar Cəmiyyətinin illik toplantısında açıqlanıb.

Şərhlər

Çox oxunanlar