Məşhur müğənni parlament seçkisi üçün rəsmən müraciət etdi
02.09.2015 04:58 Maraqlı 2292
Tatlısesin müraciət sənədləri AKP təşkilatının komissiya sədri Mehmet Büyükfırata təhvil verilib.
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses millət vəkili olmaq üçün ilk addımı atdı. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyə namizəd olmaq üçün rəsmi müraciət edib. Şanlıurfadan namizədliyə namizəd olmaq istəyən Tatlıses üçün müraciəti AKP Şanlıurfa təşkilatına müğənninin vəkili Əhməd Türkmən edib. İbrahim Tatlısesin müraciət sənədləri AKP təşkilatının komissiya sədri Mehmet Büyükfırata təhvil verilib.
Vəkil Əhməd Türkmən çıxışda jurnalistlərə açıqlama verib. “İbrahim bəyin istəyi ilə bu gün AKP-dən namizədliyə namizəd olması üçün müraciət etdik. Bir müddət sonra özü də Şanlıurfaya gələcək və seçki fəaliyyətinə başlayacaq.”
Müğənni İbrahim Tatlıses sosial şəbəkədəki təqibçilərinə, “Məni harada görmək istəsəniz, mən orada olacağam” – demişdi.
Xatırladaq ki, bundan əvvəl də İbrahim Tatlısesin siyasətə girmək üçün uğursuz cəhdləri olmuşdu.
Şərhlər