Bu ölkədə prezidentin toxunulmazlığı ləğv olunub

02.09.2015 08:33     Maraqlı     2123

Qvatemala Konqresi ölkə prezidenti Otto Peres Molinanın məhkəmə immunitetinin ləğv olunmasına dair qərar qəbul edib. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 158 deputatın 132-si qərarın qəbul olunmasına səs verib.

Qərar baş prokurorluğa prezidentə qarşı gömrük qurumlarındakı irimiqyaslı korrupsiya sxemi ilə əlaqəli olması barədə ittiham irəli sürməyə imkan verir.  

Prezident bundan əvvəl dəfələrlə qanunsuz fəaliyyətlə məşğul olmadığını və “hər bir qvatemalalı kimi onun da səhvlərinin olduğunu” qeyd edərək  istefa vermək niyyətində olmadığını bildirib.   

Son məlumata görə, Otto Peres Molinanın ölkəni tərk etməsinə qadağa qoyulub.

Şərhlər

Çox oxunanlar