Bu şəhərin meri zibilə düşdü
02.09.2015 10:47 Maraqlı 2444
Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkek şəhərinin meri Kubanıçbek Kulmatovu hədələyib.
Reaksiya.az xəbər verir ki, prezident dünən paytaxtın 1 nömrəli internatında çıxışı zamanı deyib ki, mer şəhərdəki zibilləri tezliklə təmizlətdirməsə, öz vəzifəsini itirəcək.
“Mən yenə də merə xatırladıram ki, şəhərin təmizliyilə məşğul olsun. Bu, təkcə mənim deyil, şəhər sakinlərinin də tələbidir. Son il yarımdır ki, Kulmatovla Bişkekin təmizliyi barədə dəfələrlə söhbət etmişəm. Artıq şəhərdəki zibilliklə bağlı hər kəs danışır. O, meriyada korrupsiyaya qarşı aktiv mübarizə aparır, zibilləri təmizlətdirmək heç də onun üçün çətin məsələ deyil. İlin sonunadək bu problem öz həllini tapmasa, mer özünə yeni iş axtara bilər”, - deyə prezident vurğulayıb.
Şərhlər