Gənc fransız qız uşağının atasını axtarır - Facebook və Youtube-da - VİDEO
02.09.2015 12:09 Maraqlı 2724
Natali Amyot adlı gənc qız tək gecəlik əlaqəsindən 6 həftə sonra hamilə qaldığını öyrənib. İndi internetdə yaydığı video ilə uşağının atasını axtarır.
Reaksiya.az xəbər verir ki, Fransanın 26 yaşlı vətəndaşı Natali Amyot turist kimi Avstraliyaya 3 aylıq səyahət edib. Səyahətinin son günündə Queensland şəhərində “O'Malleys” adlı bara gedən qız burada Avstraliyalı gənc bir oğlanla tanış olub.
HAMİLƏ OLDUĞUNU 6 HƏFTƏ SONRA ÖYRƏNDİ
O gecədən 6 həftə sonra Natali Amyot hamilə olduğunu anlayıb. Uşağının atasını tapmaq üçün Avstraliyaya qayıdan gənc qız çox təəssüf ki, məqsədinə çatmayıb. Nəticədə isə o, Facebook və Youtube-də bir video paylaşıb.
VİDEODA HADİSƏNİ DANIŞDI
Videoda hadisəni izah edən gənc qız Parisə qayıtdığı o gecə birlikdə olduğu adamın nömrəsinin yazıldığı telefonunu itirdiyini və bu üzdən heç bir əlaqə yarada bilmədiyini deyir.
“YARDIMÇI OLUN!”
"3 ay əvvəl Mooloolabaya gəldim. Burada möhtəşəm insanlarla tanış oldum. Son gün O'Malleysə getdik və parti təşkil etdik. Orada çox xoş bir oğlanla tanış oldum və möhtəşəm bir gecə keçirdik. Ertəsi gün mən evimə Parisə uçdum. İçində o oğlanın nömrəsinin yazıldığı telefonumu itirdim. Ünsiyyət quracağım bir yol qalmadı. 6 həftə sonra isə hamilə olduğumu öyrəndim. Bu üzdən buraya onu tapmaq üçün geri qayıtdım. Çünki mənim ailəm yoxdur. Xahiş edirəm, bu video vasitəsilə onu tapmağımda yardımçı olun", - deyə Natali bildirib.
HOLYWOODDA BƏNZƏR BİR HEKAYƏ FİLMƏ ÇƏKİLMİŞDİ
2007-ci ildə çəkilən “Knocked Up” adlı filmdə bu məsələyə oxşar bir hadisə əks olunub. 24 yaşlı bir qız spirtli içki qəbul etdiyindən bir oğlanla tək gecəlik bir əlaqə yaşayır və arzuedilməz hamiləlik nəticəsində uşağını tək böyütmək məcburiyyətində qalır.
Şərhlər