28 yaşlı fotomodel milis idarəsində mətbuat katibi oldu
02.09.2015 15:17 Maraqlı 2608
28 yaşlı gözəlçə, fotomodel Anna Pençeva Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayət idarəsinin mətbuat xidmətinə rəhbər təyin edilib.
Reaksiya.az xəbər verir ki, bu faktı idarədən təsdiq ediblər.
Məlumata görə, kişi jurnalı olan “Maksim”də fotosessiyaya çəkilən Anna Pençeva bu vəzifəyədək “Odessa Fashion Channel” telekanalında çalışıb.
Qeyd edək ki, Anna Luqanskda anadan olsa da Odessada böyüyüb. Turizm üzrə menecer peşəsinə yiyələn gözəlçə 5 il model agentliyində çalışıb.
O, 2009-cu ildə “Miss Teen Ukraine” gözəllik yarışmasında vitse miss tituluna yiyələnib.
Şərhlər