Yer kürəsində nə qədər ağac var?
03.09.2015 05:05 Maraqlı 2282
Alimlər deyir ki, Yer kürəsində təxmini olaraq 3 trilyon ağac bitir, 15 milyard isə hər il kəsilir. Bu barədə Reaksiya.az Trend-ə istinadən xəbər verir.
"Biz meşə sıxlığınının dünya xəritəsini hazırlamışıq. Bu xəritə göstərir ki, Yer kürəsində 3,04 trilyon ağac var. Bu göstərici əvvəlkilərdən daha çoxdur", - alimlər deyib.
Bundan əvvəl peykdən çəkilən şəkillərə əsasən 400 milyard ağac olduğu hesab olunurdu. Lakin alimlərin Amazon çayı ətrafında mindən çox sahədə apardığı hesablamalara görə, yalnız o rayonda 390 milyard ağac olduğu öyrənilib. Buna görə də, Yer kürəsinin ağac sayını yenidən müəyyənləşdirmək qərarı verilib.
Şərhlər