Planetlərdən birinə "Tacikistan" adı verildi

03.09.2015 05:37     Maraqlı     2100

Günəş sisteminin ən kiçik planetlərindən birinə “Tacikistan” adı verilib. Bu barədə Reaksiya.az Trend-ə istinadən məlumat verir.

Müvafiq qərar Tacikistan alimlərinin göy cisimlərinin öyrənilməsinə verdiyi töhfəyə görə Beynəlxalq Astrofiziklər Cəmiyyəti tərəfindən qəbul edilib.

Tacik alimlər bildiriblər ki, ən kiçik planet olan “Tacikistan” Mars və Yupiter planetləri arasında Yerdən 250, Günəşdən 463 milyon kilometr uzaqlıqda yerləşir. Planetin Günəş ətrafında dövretmə tezliyi 5 ildə 1 dəfədir.

Şərhlər