Lenin buzqıranı Rusiyanın mədəniyyət irsi siyahısında - VİDEO

03.09.2015 11:59     Maraqlı     2916

Lenin atom buzqıran gəmisinə federal əhəmiyyətə malik mədəni irs statusunun verilməsi haqqında Rusiyanın Mədəniyyət Nazirliyi qanun layihəsi hazırlayır.

Reaksiya.az xəbər verir ki, Rusiyanın dövlət nüvə enerji şirkəti Rosatom 2014-cü ilin dekabr ayında Lenin atom buzqıran gəmisinin irsi statusu verilməsi üçün müraciət edib.

Nüvə stansiyasına malik dünyanın ilk mülki gəmisi olan Lenin buzqıranı Rusiyanın Uzaq Şərq bölgəsiylə Avropa hissəsi arasındakı ən qısa yol olan Şimali Dəniz yolunda xidmət təqdim etməsi və Arktikadaki yürüşlər üçün nəzərdə tutularaq 1959-cu ildə inşa edilib.

Qeyd edək ki, 1989-cu ildə donanmadan çıxan buzqıran hazırda Murmansk şəhərindəki dəniz vağzalının sahilində dayanır və muzey kimi fəaliyyət göstərir.

Şərhlər

Çox oxunanlar