“Maşa və ayı” filmi yenə çəkiləcəkmi? - EKSPERT RƏYİ - VİDEO
03.09.2015 17:47 Maraqlı 3102
Məşhur “Maşa və ayı” cizgi serialının son seriyası“Youtube” kanalına yerləşdirilib.
Cizgi filmini istehsal edən “Animakkord” şirkəti “Maşa və ayı”nın daha çəkilməyəcəyini bildirib. Səbəb kimi filmin yaradıcı heyətinin hazırda iki mühüm layihə üzərində işlədiyi qeyd edib.
Reaksiya.az-a açıqlamasında yazar, A. Şaiq adina Azərbaycan Dövlət Kukla Teatrının baş inzibatçısı Səidə Haqverdiyeva “Animakkord”un bu addımını piar hesab edir: “Düşünürəm ki, cizgi filminin davamı çəkiləcək”.
S. Haqverdiyeva cizgi filmlərinin uşaq psixologiyasına təsiri məsləsinə də toxunub: “Uşaq psixologiyası böyüklərə nisbətən çox fərqlidi. Onlara nəyi göstərsələr, onu beyninə həkk edib, özününküləşdirir. Bu, istər müsbət, istərsə də mənfi qəhrəmanlar olsun. Biz uşaq olanda “Nu poqodi” cizgi filmi vardı. O cizgi filmi maraqlı olmaqla bərabər, həm də maarifləndirirdi. Xarici cizgi filmlərinin əksəriyyəti uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu da usaqların aqressiv olmasına gətirib çıxarır”.
Qeyd edək ki, “Yeni görüşlərədək” adlı bölümdə əşyalarını yığan Maşa ayı ilə sağollaşır və bacısı Daşanın yanına gedir.
Şərhlər