Google haqda bilmədikləriniz - Maraqlı - VİDEO
04.09.2015 14:20 Maraqlı 2928
Google-dən hamı istifadə etsə də əksəriyət bunlardan xəbərsizdir.
Bugün GOOGLE-nin yaranma günüdür. Yarandığı vaxt adının DOODLE olduğunu isə çox az adam bilir.
Reaksiya.az sizə internetin az qala sinoniminə çevrilən Google haqqında maraqlı faktları təqdim edir.
- Qarajda fəaliyyətə başlayan və getdikcə böyüyən şirkət 1999-cu ilin noyabrında kirayəyə mənzil götürür. O vaxt şirkətin 40 işçisi olub.
- 2004-cü ildə “Google” səhmlərinin satışa çıxarlmasından sonra təxminən minə qədər şirkət işçisi milyoner olub.
- “Google”un qurucuları Lerri Peyc və Sergey Brin şirkətin böyük bir hissəsinə sahib deyil. Onlar yalnız 16 faiz pay sahibidirlər. Ancaq bu 16 faizin ümumi dəyəri 46 milyard dollardır.
- Google “Firefox” brauzerində əsas axtarış sistemi olmaq üçün hər il 300 milyon dollar ödəyir.
- Şirkət daxilində yeni işçiyə “Noogler”, təcrübəli işçiyə “Xoogler” deyilir.
- “Google” 2010-cu ildən bəri hər həftə bir şirkət satın alır.
Google-dən hamı istifadə etsə də əksəriyət aşağıda yazılanlardan xəbərsizdir:
- Askew-Google -də “Askew” ya da “tilt” sözlərini axtarışa versəniz, səhifənin bir az yana yatdığını hiss edəcəksiniz.
- Google Gravity- “Google Gravity” yazın və “Mən şanslıyam” düyməsinə basın. Səhifədəki bütün elementlərin yerin cazibə qüvvəsinə məğlub olduğunu, yerə düşdüyünü görəcəksiniz. İstəsəniz mause-siçanınız ilə bu söz-fiqur yığını ilə oynaya bilərsiniz.
- Recursion: “Özünü sonsuz olaraq təkrar etmə” mənasında olan bu sözü axtardığınız zaman, Google sizə eyni axtarışı etmənizi təklif edir.
- Chuck Norris hardadı?- “Where is Chuck Norris?” yazaraq axtarış etdiyiniz zaman sizi www.nochucknorris.com saytına istiqamətləndirərək “Google Chuck Norrisi axtarmayacaq, çünki siz Chuck Norrisi tapa bilməzsiniz, o sizi tapar” mesajı ilə qarşılaşacaqsınız.
- Google-nin xidmətlərindən biri olan Youtube-dən video izləyərkən irəli-geri-üst-alt düymələrini sürətli şəkildə basaraq ilan oyunu oynaya bilərsiniz.
- Google-də riyazi hesablamalar da aparmaq mümkündür.
Şərhlər