İntihar etmə ehtimalınız nə qədərdir?
05.09.2015 04:22 Maraqlı 2135
Alimlər qanda intihar riski ilə bağlılığı olan yeni bir bio-işarə kəşf ediblər. Artıq insanların intihar etmə ehtimalları qan testləri ilə müəyyənləşəcək. Amerikanın İndiana Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, şəxsin intihara meylli olub-olmadığı 72% ehtimalla bilinə bilir. Əgər qan testi ilə bərabər şəxs verilən suallara da cavab verərsə, ehtimalı 92%-lə dəqiqləşdirmək mümkün ola biləcək.
Araşdırmaçılar testlərə icazə alındıqdan sonra xəstələrin necə nəzarətdə saxlanıla biləcəyi haqda dəqiq qərar verəcəklərini deyiblər. İntihar riski üzərində ötən il aparılan digər araşdırmalar göstərib ki, qanda suisid düşüncəsi ilə əlaqədar olan bəlli işarələr bipolyar narahatlıqlarda özünü göstərir.
Şərhlər