Qoyun rekorda imza atdı - VİDEO

05.09.2015 14:27     Maraqlı     3272

Avstraliyada 6 ildir qırxılmayan Kris adlı qoyun nəhayət üzərindəki yükə vida edib.

Reaksiya.az xəbər verir ki, təxminən 1 saat davam edən qırxma prosesindən sonra Krisin üzərindən 40 kq-lıq yun çıxıb. Qoyunun yunlarını 5 nəfər kəsə bilib.

Yunun uzunluğunun 47 santimetr olduğu bildirilib.

Avstraliya Krisə görə yun rekorduna imza atıb.

Qeyd edək ki, rekord daha əvvəl Yeni Zelandiyalı Shreke adlı qoyuna məxsus idi. Shrekenin üzərindən 27 kiloqramlıq yun çıxıb.

Şərhlər