Rusiya haqqında bilinməyən faktlar

05.09.2015 16:34     Maraqlı     18758

17 milyon 98 min kilometrlik əraziyə sahib Rusiya dünya ərazinin 27 faizini əhatə edir. Dünyanın ən böyük ölkəsi hesab olunan Rusiya ABŞ-dan da 2 dəfə böyükdür. Rusiya haqqında bilinməyən maraqlı faktlar çoxluq təşkil edir.

Reaksiya.az Rusiya haqqında bilmədiyiniz 10 maraqlı həqiqəti təqdim edir.

1. Rusiya dünya üzərindəki 13 dənizlə sahili olan yeganə ölkədir. Baltik, Barents, Berinq, Qara, Şərqi Sibir, Yapon, Oxot, Peçora, Azov və Ağ dəniləri Rusiyanı əhatə edən dənizlər arasında yer alır.

Rusya hakkında bilmedikleriniz

2. Sankt-Peterburq ən zəngin mədəniyyətə sahib şəhərlərdən hesab olunur. Bu şəhərdə 2 min kitabxana, 221 muzey, 100 konsert zalı, 80 teatr, 80 mədəniyyət evi, 62 kinoteatr və 45 rəsm qalereyası yerləşir.

Rusya hakkında bilmedikleriniz

3. Dünyanın ən yüksək zirvəsi Everest, Türkiyənin ən yüksək zirvəsi isə Ağrı dağıdır. Ən qədim dağ isə Rusiyadakı Ural dağlarıdır. Bununla yanaşı, Avropa və Asiyanı bir-birindən ayırma xüsusiyyətini daşıyır.

Rusya hakkında bilmedikleriniz

4. Rusiyanın paytaxtı Moskvada yerləşən Kreml Sarayı 15-ci əsrdən bu yana varlığını qoruyan, dünyanın ən böyük sarayıdır. Kreml, ümumilikdə Moskvanın 27 hektar sahəni əhatə edir.

Rusya hakkında bilmedikleriniz

5. Rusiyanın 16 ölkə ilə sərhədi var: Norveç, Finlandiya, Estoniya, Litva, Latviya, Polşa, Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, Şimali Koreya, Yaponiya və ABŞ.

Rusya hakkında bilmedikleriniz

6. Dünyanın ən məşhur oyunu “Tetris”i rus kompüter proqramçısı Aleksey Pajithov 1985-ci ildə tapıb. İlk olaraq Sovetlər İttifaqında şöhrəti yayılan oyun, daha sonra bütün dünyaya yayılıb. Ginnesin rekordlar kitabının məlumatına görə, Tetris bütün zamanların ən çox oynanılan 6-cı oyunudur.

Rusya hakkında bilmedikleriniz

7. Dünyanın yaşayış məntəqələrindəki ən aşağı temperatur Rusiyanın Saxa Respublikasına aid Oymakon şəhərində qeydə alınıb. 1924-ci ildə havanın temperaturu -71 dərəcə olub. Oymakon hələ də dünyanın ən soyuq yaşayış məntəqəsi kimi qəbul edilir. 2014-cü ilin məlumatlarına görə, əhalisinin sayı 517 nəfər olan şəhərdə qış aylarında elektron cihazlar və avtomobillər istifadə edilmir.

Rusya hakkında bilmedikleriniz

8. Kosmosa gedən ilk insan da bir rus vətəndaşıdır. 1961-ci ilin 12 aprelində kosmosa uçan Yuri Alekseyeviç Qaqarin ilk kosmonavtdır.

Rusya hakkında bilmedikleriniz

9. Macdonalds tarixdəki ən çox müştəri Moskvadakı şöbəsində olub. Moskvanın Puşkin meydanında 1990-cı ilin yanvarın 30-da açılan Macdonalds açılış günündə 30 min nəfərə xidmət edərək rekord qırıb.

Rusya hakkında bilmedikleriniz

10. 1944-1947-ci illər arasında Mixail Kalaşnikov tərəfindən yaradılan “Kalaşnikov” adlı silah bu gün dünyanın ən çox istifadə edilən silahı hesab olunur. Hazırda dünyada 100 milyondan artıq “Kalaşnikov” var.

Rusya hakkında bilmedikleriniz

Şərhlər

Çox oxunanlar