Həftənin ən darıxdırıcı günü haqda bilmədikləriniz - Maraqlı
06.09.2015 15:28 Maraqlı 2080
Bazar həftənin ən darıxdırıcı günü hesab olunur.
Bu İngiltərə alimlərinin apardığı araşdırma nəticəsində məlum olub.
Belə ki, araşdırmaya qatılanların təxminən üçdə ikisi, daha dəqiq desək, 59 faizi deyib ki, bazar gününün iş qrafiki digər günlərdəkindən ikiqat artıqdır. Respondentlərin 10 faizi deyib ki, həmin gün bazar ertəsi iş başlayacağını düşünüb, stressə girirlər. İştirakçıların yüzdə 51-i bazar gününü “işləri tamamlama” günü kimi qəbul edir.
Digər maraqlı bir fakt bazar gününün üç saat 36 dəqiqəsi ütü, paltar yuma, mətbəx işləri və təmizliyə sərf olunur.
Bazar gününün iki saatı yemək hazırlamağa, 26 dəqiqəsi yeməyə, 3 saat 36 dəqiqəsi ev işlərinə, 2 saat 25 dəqiqəsi əyləncəyə, uşaqları gəzdirməyə həsr olunur ki, bu da ümumən 8 saat 45 dəqiqə deməkdir.
Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb.
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci, bəzilərində birinci günü hesab olunur.
Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır.
Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür.
İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar adi iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır.
Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır.
Bəzi xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır. İstisna kimi, kommunal xidmətlərin və xəstəxanaların fəaliyyəti təqdir edilir.
Şərhlər