101 yaşında bələdiyyə başçısı

07.09.2015 05:18     Maraqlı     2152

Bələdiyyə başçısı olmaq üçün lazımi qədər namizəd tapa bilməyən Norveç Xristian Xalq Partiyası 101 yaşlı keçmiş bələdiyyə başçısını siyahıya əlavə edib. Nils Dovre adlı kişi 1950-ci ildən bu günə qədər Norveçin Nard-Aurdal bölgəsində siyasətlə məşğuldur. Partiya həmin bölgədə bələdiyyə başçısı olmağa namizəd tapmadığı üçün Dovredən yenidən bələdiyyə başçısı olmasını xahiş ediblər. Partiyasından dəstək almayan Dovrenin seçilməsi isə olduqca çətindir. VG qəzetinə müsahibə verən Dovre qalib gəlsə belə çalışa bilməyəcəyini açıqlayıb. Partiyanın rəhbəri Knut Arild isə Dovredən razı olduğunu bildirib. O, Dovrenin partiyası üçün önəmli olduğunu və sağlam xarakterə sahib olduğunu dilə gətirib.

Şərhlər

Çox oxunanlar