2 min ildir yatan gözəl - Maraqlı

11.06.2015 14:04     Maraqlı     2128

Gözəlliyinə cox vurğun olduğu düşünüldüyü üçün “Yatan gözəl” adı verilən qadına aid sümüklər araşdırılır

Efiopiyada 2 min il əvvəl yaşamış bir qadının məzarı tapıldı. Aksum Krallığı dövründə yaşamış qadının məzarında güzgü, kömürdən düzəldilmiş göz qələmi, bürünc rəngli toz pudra, zinət əşyaları, şüşə əşyalar və xüsusi hazırlanmış bir ətir şüşəsi tapıldı. Gözəlliyinə çox düşkün olduğu düşünüldüyü üçün “Yatan Gözəl” adı verilən qadına aid sümüklər araşdırılır. Bir əli çənəsində olan qadının skelet halına gəlmiş barmağında isə bürünc bir üzüyə rastlanıldı. Gənc qadının Roma dövrünə aid bürünc güzgü ilə basdırılması da onun yaşadığı zamanda gözəlliyi ilə xatırlandığını göstərir.

Şərhlər

Çox oxunanlar