Hansı ayda doğulmusan, hansı xəstəliyin var? - ARAŞDIRMA
11.06.2015 15:07 Maraqlı 3692
Payız aylarında bronxial astma riski daha çoxdur
ABŞ-da 1,7 milyon xəstənin sağlamlıq məlumatları və doğum tarixləri araşdırılıb.
Nəticə: Fevral, mart, apre aylarında doğulanlarda ürək xəstəlikləri, sentyabr, oktyabr, noyabr doğumlularda tənəffüs xəstəlikləri daha geniş yayılıb...
Nyu-Yorkda yerləşən Kolumbiya Universitetindən alimlər bir fərdin doğulduğu ay ilə yoluxa bilecəyi xəstəlik növlərinə görə, ortaya çıxan risk arasında əlaqə olduğunu sübut edib.
8 illik qeydlərə baxılıb
Universitetdə çalışan Mary Regina Boland və Dr. Nicholas Tatonetti reallaşdırdığı araşdırmada 1985-2013 arasında əldə edilən 1,7 milyon xəstənin sağlamlıq məlumatlarını araşdırıb. Araşdırma zamanı 1688 xəstəlik, xəstəliklərin aid olduğu şəxslərin doğum tarixləri arasında bir əlaqə olub-olmadığına baxıldı. Araşdırmaçılar 1600 potensial əlaqə və 39 təsdiqləyici əlaqə aşkarlayıb. Araşdırmanın irəli mərhələlərində isə 16 yeni əlaqə daha müəyyən olunub
Noyabrda hiperaktivlik
ABŞ-ın Nyu-York şəhərində doğulan şəxslərin əsas alındığı elmi işdə iyul və oktyabr ayında doğulanların astma xəstəliyinə tutulma riskinin yüksək olduğu ortaya çıxdı. Araşdırılan 675 hadisədə isə noyabr ayında doğulanların hiperaktiv olmağa meyilli olduğu təsbit edildi. Ürək-damar narahatlıqlara tutulanların ən çox mart və aprel ayında doğulan kəslər olduğu ifadə edilir. Oktyabr və noyabr aylarında təbiətinlərdən tənəffüs yollarında bir narahatlıq olma nisbətinin yüksək olduğu nəticəsinə çatıldı. Sonsuzluq problemləri və nevroloji fəsadlar yenə noyabr aylarında doğulanlarda daha tez görülür. Yanvar ayında təbiətinlərdən hipertansiyon, fevral doğumlularda "atrial fibrillation", sentyabr doğumlularda astma və dekabrda təbiətinlərdən kəskin bronxit ən çox görülən xəstəliklərdəndir.
Erkən diaqnoz üçün faydalıdır
Mütəxəssislər araşdırmadakı təəccüblü məlumatlara baxmayaraq, doğum tarixinin adamın qəti olaraq müəyyən bir xəstəliyə tutulması mənasını vermədiyini deyir. Araşdırmaya qatılan Tatonetti deyir: "Bu məlumatları təkbaşına dəyərləndirmək doğru olmaz, çünki diqqətə çarpan əlaqələr tapsaq da, bütün risk faktoru bu qədər böyük deyil. Doğulma ayına bağlı risk faktoru, pəhriz və məşq kimi faktorlara görə çox kiçik qalır". Lakin Tatonetti bunun erkən diaqnoz və qabaqlayıcı tədbirlər üçün faydalı olduğunu qeyd edib.
Meri Regina Boland da yüksək texnologiyalar vasitəsi ilə daha çox nəticə alına bilcəyini vurğulayıb. Məsələn, Danimarkada astma riski iyul-oktyabr aylarında doğulanlarda yox, may-avqust aylarında doğulanlarda üzə çıxıb.
Bu araşdırma Avstirya və Danimarkada da aparılıb. Lakin xəstəlik riskləri aylara görə nisbətən fərqlənir. İsveçdə isə noyabrdakı hiperaktivlik müşahidəsi Nyu-Yorkdakı ilə eyni olub. Alimlər bildirir ki, aylara görə xəstəlik riskləri ərazilərə görə də dəyişə bilər, çünki hər bir ərazinin özünəməxsus iqlimi, hava şəraiti var.
Şərhlər