Azərbaycanlı dizayner idea müəllifi olduğu avtomobildə - FOTOLAR

10.09.2015 03:51     Maraqlı     3510

Azərbaycanlı gənc dizayner Samir Sadiqov idea müəllifi olduğu avtomobillə fotosunu sosial şəbəkələrdə paylaşıb.

Reaksiya.az xəbər verir ki, dizaynerin " Rezvani Best" adlandırdığı layihə bu yaxınlarda tam hazır olub. Bu gün isə müəllif özü avtomobillə əyani tanış olub və ilk dəfə istifadə edib.

Qeyd edək ki, Samir Sadiqov bundan əvvəl "Xəzri" adlı layihə hazırlamışdı və bu layihə "Ferrari 2011 Beynəlxalq Dizayn Müsabiqəsi"nin qalibi olmuşdu. Bundan sonra "Ferrari" şirkəri Samirə iş təklifi etmişdi. Lakin Sadiqovun başqa şirkətlə müqaviləsi olduğu üçün razı olmamışdı.

Samir Sadiqov həmçinin dünya şöhrətli "Lamborgini" avtomobil markası üçün də layihə hazırlamışdı.

Şərhlər