Facebookda "11 sentyabr" statusları
11.09.2015 17:51 Maraqlı 2745
2001-ci ilin bu günündə ABŞ-da 11 sentyabr terror aktı törədilib. Həmin gün Dünya Ticarət Mərkəzinin əkiz qüllələri və ABŞ Müdafiə Nazirliyinin binası təyyarə hücumlarına məruz qalıb, 2 metro stansiyası yararsız hala düşüb.
2001-ci il 11 sentyabr tarixini facebook istifadəçiləri belə xatırlayıb:
Günel Səfərova: "11 sentyabr 2001-ci il tarixdə terrorun açılışı simvolu kimi qaldı. Bu tarixdən sonra dunyada bütün dəngələr dəyişdi. Milyonlarla insanın həyatını dəyişən həmin gün İraq, Əfqanıstan və çox ölkələrdə həyatını itirən insanların fonunda simvolik bir günə çevrildi. Lənət olsun terrora".
Qalib Rəhimov: "Məncə 11 sentyabr Şərq ölkələrinin işğal olunmasının əsasını qoydu. ABŞ Şərqi yenidən bu bəhanə ilə zəbt etdi".
Züleyxa Nadir: "11 sentyabrı heç zaman unutmaram. Həmin gün evdə oğlum Məcidin 11 yaşını qeyd edirdik. TV-lərdə də Amerikanın partladığını göstərirdilər. Bir gün sonra məsələnin dərinliyinə vardım".
Gülcahan Əlimərdanova: "11 sentyabr terrorizmin inkişafına təkan vermiş oldu!".
Faiq Balabəyli: "11 sentyabrı çöx gözəl xatırlayıram. O zaman düz 5 ay 22 gün idi ki, mənim 37 yaşım tamam olmuşdu. 38 yaşın içində idim. Ağ ev heç bunun fərqində də deyildi. Mən də orda baş verən terror hadisəsinin fərqinə varmadım. Çünki nə tökmüşdülər aşlarına, o çıxmışdı qaşıqlarına...".
Şamil Ənvəroğlu: "Həmin tarix ABŞ-ın İslam dünyasına qarşı edəcəklərinin bir səbəbi oldu. Həm də bu səbəb ABŞ-ın elə özü tərəfindən yaradılan bir siyasi hadisə idi".
Şahnaz Əhmədova: "14 il əvvəl bu gün Amerikada kimin törətdiyi 100 % məlum olmayan “məlum” hadisədən sonra bütün dünya müsəlmanları terrorist gözü ilə görməyə başladı".
Emin Piri: "11 sentyabr haqda olmuş hadisə:
İki azərbaycanlı söhbət edir:
- Qaqa, hamısı Amerikanın oyunlarıdır ey. Nə təhər olur, kosmosdan siqaret işığının şəklini çəkən Amerika Bin Laden boyda adamı tapa bilmir?
- Yəqin Bin Laden siqaret çəkmir".
Şərhlər