Bu uşağın 24 barmağı var

12.09.2015 14:02     Maraqlı     2516

Türkiyənin Mardin şəhərindəki xəstəxanaların birində sətəlcəm xəstəliyindən müalicə alan körpə marağa səbəb olub.

Reaksiya.az xəbər verir ki, 4 aylıq körpənin əl və ayaqlarında 6 barmaq var.

Xəstəxana həkimi bildirib ki,  100 min uşaqdan 8-də 24 barmağa təsadüf olunur.

Həkim valideynlərdə olan bəzi xəstəliklər nəticəsində uşaqların belə doğulduğunu qeyd edib:

"Xüsusilə cütlüklərdə ürək və böyrək narahatlığı varsa, bu cür doğuşlara təsadüf olunur”.

O, körpədə hərəkət məhdudiyyəti olmazsa, cərrahi müdaxiləyə ehtiyac olmayacağını deyib.  

Şərhlər

Çox oxunanlar