40 min insan xərçəngə görə qaçdı
14.09.2015 10:38 Maraqlı 2298
Fransanın paytaxtı Parisdə döş xərçəngi ilə mübarizə məqsədi ilə “La Parisienne” yürüşü təşkil edilib. Yürüşə döş xərçənginə diqqəti artırmaq üçün 40 min qadın qoşulub.
Bu il 19-cu dəfə təşkil edilən və Eyfel Qülləsinin qarşısında yerləşən Lena Körpüsündən başlayan 6.7 kilometrlik yürüş Ecole Militairedə sona çatıb.
Şiddətli yağış yağmasına baxmayaraq yürüşə 40 min qadın qoşulub.
Avropada ən önəmli qadın yürüşləri arasında yer alan "La Parisienne" Fransada ən çox insanın qoşulduğu ikinci yürüş olaraq tanınır.
Şərhlər