Seçkiyə ayı ilə getdi - VİDEO

14.09.2015 17:01     Maraqlı     2504

Rusiyada dünənki yerli seçkilərdə xidmət edən rəsmilər yenə adi seçki günü keçirəcəklərini düşünsələr də bəzi seçicilər maraqlı hərəkətləri ilə yadda qalıb.

Reaksiya.az xəbər verir ki, Sankt-Peterburq şəhəri yaxınlığında bir vətəndaş səs verməyə ayı ilə gəlib.

Sirkdə heyvan təlimçisi olan vətəndaş işdən çıxıb birbaşa seçki məntəqəsinə gəldiyini bildirib.

Şərhlər