Gənc qız iş yoldaşlarını belə aldatdı

15.09.2015 10:38     Maraqlı     2540

İstanbul Maltepe Bələdiyyəsində çalışan Selin Y. adlı qız iddialara görə həyat yoldaşının gözəl bir iş qurduğunu bildirərək 100 faiz qazanc vədilə iş yoldaşları və yaxın ətrafından pul toplayıb.

Reaksiya.az xəbər verir ki, Selin aldığı pulları 10 günlük qısa bir müddət içərisində iki dəfə geri ödəyib.

Bu üsulla etimad qazanan gənc qız daha sonra eyni adamlardan daha böyük miqdarda pul toplayıb. Ancaq Selinin 10 gündür işə getməməsi şübhələr yaradıb və borclular onu axtarmağa başlayıb.

O isə borclulara qəza keçirdiyini bildirib. Bir müddət sonra da telefonlarını bağlayaraq tamamilə itib.

“Toplanan” pulların 5 milyon lirə olduğu deyilir.

Selinin, həmçinin bələdiyyə sədrinin müavinlərindən birinin imzasından da istifadə etdiyi ortaya çıxıb.

Hazırda bu olayla bağlı inzibati istintaq başlayıb.

Şərhlər

Çox oxunanlar