Eynşteynin məktubları satılacaq - FOTOLAR

12.06.2015 10:11     Maraqlı     2361

Nobel mükafatı laureatı məşhur fizikaçı Albert Eyşnteynin məktubları ABŞ-ın Los Angeles şəhərində təşkil ediləcək bir auksionda satışa çıxarılacaq.

Hərracın keçiriləcəyi Profiles in History Hərrac Evinin qurucusu Cozef Maddalena, verdiyi açıqlamada Eynşteynin 27 məktubundan bəzilərinin əlyazma olduğunu, bəzilərin da makinada yazıldığını, bir qisminin ingilis, digərlərinin də alman dilində olduğunu söyləyib.

Məktubların ədədinin 5 min ilə 40 min dollar arasında alıcı tapacağını təxmin etdiyini ifadə edən Maddalena, ümumi məbləğin isə 500 min ilə 1 milyon dollar olacağının gözlənildiyini qeyd edib.

Maddalena, "Eynşteyn, məktubunun birində uşaqlarına tövsiyələr edib. Oğluna həndəsəni daha yaxşı oxumasını tapşırıb. Başqa bir məktubunda isə Allah ilə bağlı düşüncələri yazılıb" – deyə məktubların məzmunu ilə bağlı da açıqlama verib.

Şərhlər

Çox oxunanlar