15 sentyabr təbrikləri - Tanınmışlar yazır

15.09.2015 17:44     Maraqlı     25568

Bu gün respublikamızın hər yerində Bilik günü qeyd edilir, bütün təhsil və tədris müəssisələrində ilk günün sevinci yaşanır. 

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkədəki bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Elə həmin ildən də 15 sentyabr tarixindən Bilik Günü - Azərbaycan məktəblərində dərslərin başladığı gün kimi qeyd edilir.

Bilik günü ilə bağlı facebook-un aktiv istifadəçisi olan tanınmışlar təbrik statusları paylaşıblar.

Reaksiya.az həmin statuslardan bir neçəsini təqdim edir. 

Millət vəkili Əli Məsimli:

Bilik günü münasibətilə bütün müəllimləri və şagirdləri, xüsusən də bu il birinci sinfə getməyin həyəcan və sevincini yaşayan gözəl balaları və onların valideynlərini ürəkdən təbrik edirəm! Hər cəhətdən uğurlu, düşərli və həm də xalqımız üçün xeyirli olsun!!!!

Millət vəkili Qənirə Paşayeva:

“Yeni dərs İlinin başlanması münasibətilə bütün müəllimləri, şagirdləri və tələbələri təbrik edir, onlara uğurlar diləyirik!”

Qadın və uşaq hüquqları müdafiəçisi Günel Səfərova:

Bu gün 15 sentyabr Bilik günüdür. Minlərlə övladımız bilik almaq, bacarığa yiyələnmək üçün məktəblərə, universitetlərə, peşə məktəblərinə gedirlər. Valideyn himayəsindən məhrum olmuş uşaqlarımızı, az təminatlı ailələrdə yaşayan və məktəb ləvazimatlarını almağa çətinlik çəkən uşaqlarımızı, sərhəd rayonlarında yaşayan və təhlükəli vəziyyətə baxmayaraq məktəbə gedən uşaqlarımızı unutmayaq. Son günlərdə bir çox uşağın məktəbə getməsinə vəsilə olan dostlarıma təşəkkür edirəm. Övladlarımız müstəqil Azərbaycanın vətəndaşı kimi, Azərbaycan himni sədalarında bilik ocalqarına getməkdən məhrum olmasınlar. Təhsil sisteminin inkişaf edəcəyinə və uşaqlarımızın faydalı bilik bacarıqlara yiyələnəcəklərinə ümid edirəm. Bilik bayramınız mübarək olsun!

Jurnalist Zərifə Bəşirqızı: 

“Bu gün mənim üçüncü nəvəm - Günelimin ilki İncim birinci sinfə gedir. Ona can sağlığı və zehin açıqlığı arzu edirəm”

Jurnalist Elşad Paşasoy:

“Yeni dərs ili başlanır. Xeyirli-uğurlu olsun! Atam başda olmaqla bütün müəllimlərimizi, həmçinin cəmi balalarımızı, bacı və qardaşlarımızı ürəkdən təbrik edirəm!”

Texniki elmlər üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov:

Bilik günü münasibəti ilə bütün dost-tanışları, xüsusən də övladları I sinifə qədəm qoyan dostlarımı ürəkdən təbrik edirəm. Bu təbrikdən mənə də düşür.

İdman jurnalisti Orxan Sübhan:

Allah valideynləri övladsız, övladları da valideynsiz eləməsin. Hər bir valideyn övladının xoş gününün şahidi olsun. 

Şərhlər

Çox oxunanlar