Türkiyə gözəli məhkəməyə verildi
16.09.2015 17:36 Maraqlı 2415
“2005 Miss Model of Turkey”in birincisi olan Sinem Yüksel keçmiş qayınanası Hikmet Birsen Yükseli təhqir etdiyi iddiası ilə məhkəməlik olub.
Reaksiya.az xəbər verir ki, keçmiş qayınanasını söyməkdə günahlandıran Sinemi 3,5 aydan 2 il 4 aya qədər həbs gözləyir.
İstanbul 43-cü Cəza Məhkəməsindəki iclasda müqəssir Sinem Yüksel də iştirak edib. Keçmiş qayınana isə məhkəməyə gəlməyib.
İclasda Sinemin bacısı Gizem Sülün şahid olaraq dinlənilib. O, "Sinemin şikayətçini təhqir etdiyini eşitməmişəm. O sözləri mənim bacım deməz. Bu tərz sözləri işlədən bir şəxs deyil. Liftin qapısı açılanda onlar birbaşa qarşımıza çıxdılar. Təhqir edən Hikmet Birsendir. Bizim yanımızda liftin içində Sinemin əri Mustafa Yüksəl də var idi" sözlərini deyib.
Məhkəmə Sinem Yüksel və Mustafa Yükselin boşanma işinə dair dosyenin tələb olunmasına qərar verib.
Şərhlər